Xəbər lenti

NATO beş il ərzində müharibəyə 100 milyarda qədər “yatırım edəcək”, ona görə də onlar bunun ən azı beş il davam edəcəyini gözləyirlər.

Axar.az xəbər verir ki, bu barədə Macarıstan hökumətinin NATO-nun Ukraynaya uzunmüddətli hərbi dəstək üçün fond yaratması ilə bağlı məlumatında deyilir.

"Gördüklərimiz ən pis ssenaridir, çünki bu, dünya müharibəsinə səbəb ola bilər. Lakin hökumətin mövqeyi aydındır: Biz müharibədən kənarda qalmaq istəyirik. NATO-nun bu missiyasında iştirak etmək istəmirik. Silah və əsgər göndərməmək üçün mümkün olan hər şeyi edəcəyik", - deyə bildirilib.

Xatırladaq ki, ötən ay NATO Baş katib Yens Stoltenberqin təklifi ilə 100 milyard avro dəyərində fond yaratmaqla quruma üzv ölkələr Ukraynaya uzunmüddətli hərbi dəstək planlaşdırmağa başlamağa razılaşıblar.




Ana səhifəyə qayıt        Baxış: 3 334          Tarix: 11-05-2024, 10:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma