Xəbər lenti

“ABŞ administrasiyası ölkə Konqresinin Rusiya aktivlərinin müsadirəsi üçün verdiyi yeni səlahiyyətlərdən istifadə etmək niyyətindədir”.

Bunu Kiyevdə çıxışı zamanı ABŞ Dövlət Departamentinin rəhbəri Antoni Blinken deyib.

O, Ukraynaya yardımın və dəstəyin davamlı səviyyəyə çatdırılmasının vacibliyini vurğulayıb.

“Bizim Ukraynanın hərbi, iqtisadi və demokratik cəhətdən möhkəm dayana biləcəyi günə yaxınlaşmaq planımız var ki, bu da ABŞ-nin dəstəyini daha dayanıqlı səviyyəyə çatdırmağa imkan verəcək. Ukrayna xalqı öz təhlükəsizliyini və rifahını təmin etmək üçün başqalarına etibar etmək istəmir. Bizim planımız var və biz bunu həyata keçirmək üçün Ukrayna və geniş tərəfdaşlar şəbəkəsi ilə birlikdə işləyirik”, - dövlət katibi bəyan edib.

O vurğulayıb ki, ABŞ Ukraynanı NATO-ya yaxınlaşdırır və sonra onu alyansa daxil edəcək.

Mənbə: TASS




Ana səhifəyə qayıt        Baxış: 3 355          Tarix: 14-05-2024, 21:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma