"Ukrayna Silahlı Qüvvələrinə qırıcı təyyarələrin tədarükü Ukraynadakı vəziyyətə təsir etməyəcək".
Bu sözləri "RIA Novosti"yə müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
"F-16" qırıcıları uzun müddət NATO-nun birgə nüvə missiyaları çərçivəsində əsas çatdırılma vasitəsi olub. Ona görə də biz Kiyev rejiminə bu sistemlərin verilməsini NATO-nun nüvə sahəsində məqsədyönlü siqnalı kimi nəzərdən keçirə bilmirik", - deyə o bildirib.
Nazirin sözlərinə görə, Qərb ölkələri bununla bildirmək istəyirlər ki, Ukraynada hər şeyə hazırdırlar.
Lavrov vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələrinə qırıcı təyyarələrin tədarükü Ukraynadakı vəziyyətə təsir etməyəcək, NATO-nun tədarük etdiyi digər silah növləri kimi, "F-16"lar da məhv ediləcək.
Xatırladaq ki, G7 ölkələrinin (ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Kanada və Yaponiya) liderlərinin 2023-cü ilin mayında Xirosimada keçirilən sammitində Ukraynaya ABŞ istehsalı olan dördüncü nəsil F-16 qırıcı təyyarələrinin tədarükü ilə bağlı razılaşma elan edilib. Dörd il ərzində Belçika, Niderland, Danimarka və Norveç Kiyevə ümumilikdə 85 təyyarə təhvil verəcəklərini vəd ediblər.
Mayın sonunda məlum olub ki, Ukrayna Silahlı Qüvvələrinin pilotlarından ibarət ilk qrup Arizonadakı hərbi bazada "F-16"ların idarə edilməsi üzrə təlimləri başa vurub. Bundan sonra pilotlar əlavə təlim keçmək üçün Avropaya yola düşüblər.
Mənbə: Vedemosti
Paylaş: