Xəbər lenti

NATO beş il ərzində Ukraynaya dəstək üçün əvvəlcədən planlaşdırıldığı kimi 100 milyard dollar deyil, iki dəfə çox vəsait ayırmaq variantını nəzərdən keçirir.

"Report"un məlumatına görə, bu barədə "Handelsblatt" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

NATO-nun baş katibi Yens Stoltenberqin sözlərinə görə, üzv ölkələrin dəstəyi ildə 40 milyard dollar təşkil etməlidir.

Nəşr bildirir ki, bu təklif alyansın xarici işlər nazirlərinin Praqada keçiriləcək iclasında müzakirə olunacaq və iyulda Vaşinqtonda keçiriləcək sammitdə qərar qəbul edilə bilər.




Ana səhifəyə qayıt        Baxış: 3 104          Tarix: 30-05-2024, 20:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma