Xəbər lenti

Birləşmiş Ştatlar qoşunlarını Nigerdən çıxarmağa başlayıb.

Bu barədə respublikanın quru qoşunlarının qərargah rəisi, polkovnik Mamane Sani Kyau məlumat verib.

Onun sözlərinə görə, artıq 269 hərbi qulluqçu və 946 ton hərbi texnika ölkəni tərk edib.

Qeyd edək ki, ABŞ kontingentinin çıxarılması ilə bağlı razılıq bu il mayın ortalarında əldə olunub. Kontingent bu il sentyabrın 15-dək ölkəni tamamilə tərk etməlidir.

Mənbə: TASS




Ana səhifəyə qayıt        Baxış: 4 163          Tarix: 8-06-2024, 22:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma