Xəbər lenti

Niderlandın Baş naziri Mark Ruttenin NATO-nun yeni baş katibi olmaq üçün yalnız Macarıstan və Rumıniyanın dəstəyinə ehtiyacı var.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Qeyd olunub ki, təşkilatın digər 30 ölkəsi artıq onun namizədliyini dəstəkləyib. Rutteni dəstəkləyən sonuncu ölkə Slovakiya olub. Bu ölkənin prezidenti Peter Pelleqrini bir gün əvvəl deyib ki, o, Ukraynaya hərbi yardım ötürdükdən sonra Şimali Atlantika Müqaviləsi Təşkilatı tərəfindən ölkənin hava məkanının mühafizəsini təmin edərsə, Ruttenin namizədliyini dəstəkləyəcək.

Rumıniyaya gəlincə, ölkə rəsmiləri aprel ayında bildiriblər ki, Rutte Şərqi Avropada təhlükəsizlik məsələlərini prioritetləşdirmək və regionun alyansda təmsilçiliyini genişləndirmək öhdəliyi götürsə, onun təyinatına qarşı çıxmayacaqlar. Lakin Buxarest hələ də Niderlandın Baş nazirini tam dəstəkləməyib.

Daha əvvəl Britaniyanın “Financial Times” (FT) qəzeti mənbələrə istinadən yazıb ki, Rutte Viktor Orbana Macarıstan onun baş katib postuna namizədliyi ilə razılaşarsa, Budapeştin Kiyevə NATO çərçivəsində hərbi yardım göstərməkdən imtina etməsinə müdaxilə etməyəcəyinə söz verib.




Ana səhifəyə qayıt        Baxış: 3 255          Tarix: 18-06-2024, 20:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma