Xəbər lenti

Litva hökuməti yeni prezidentin vəzifəyə başlaması ilə əlaqədar istefa verib.

Bu addım ölkə konstitusiyasında nəzərdə tutulub.

Oxu.Az "İzvestiya"ya istinadən xəbər verir ki, cümə günü Baş nazir İnqrida Simonite hökuməti buraxıb, çünki Gitanas Nauseda ikinci müddətə prezident kimi and içib.

İndi Nazirlər Kabineti ən azı iyulun 16-dək müvəqqəti səlahiyyətləri çərçivəsində işləyəcək. Baş nazirin təsdiqi iyulun 16-da Seymin (parlamentin) iclasında baş tutacaq.




Ana səhifəyə qayıt        Baxış: 2 725          Tarix: 12-07-2024, 21:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma