Xəbər lenti

ABŞ-nin Florida ştatında polis keçmiş prezident Donald Trampı, Ohayo ştatından senator Jey Di Vensi və onların ailələrini ölümlə hədələyən şəxsi həbs edib.

Bu barədə Oxu.Az "RİA Novosti"yə istinadən bildirir.

"Juniper şəhərinin Polis Departamenti Maykl Vaysmanı yazılı təhdidlər ittihamı ilə həbs edib. Araşdırma zamanı şübhəlinin sosial şəbəkələrdə keçmiş prezident Donald Trampa, senator Jey Di Vensə və onların ailələrinə qarşı yazılı təhdidlər paylaşdığı müəyyən edilib", - deyə yerli polis idarəsindən bəyanat verilib.

Sosial şəbəkələrdəki paylaşımlarından əlavə, həmçinin qonşular da polisin diqqətini Vaysmanın üzərinə çəkiblər.

Qeyd edək ki, bu, oxşar ittihamlarla həbs edilən ikinci Florida sakinidir.




Ana səhifəyə qayıt        Baxış: 2 876          Tarix: 20-07-2024, 14:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma