Xəbər lenti

Bir çox Avropa ölkəsi Rusiya ilə münasibətlərdə artan gərginlik fonunda məcburi hərbi xidmətə çağırışı bərpa edib və ya bərpa etməyi nəzərdən keçirir.

Bu barədə Oxu.Az CNN-nə istinadən bildirir.

"Biz belə başa düşürük ki, səfərbərliyə, hərbi texnika istehsalına, vətəndaşların hərbi xidmətə cəlb edilməsinə və şəxsi heyətin təliminə yanaşmalarımızı tənzimləməli olacağıq", - deyə ABŞ Xarici Siyasət Tədqiqatları İnstitutunun Avrasiya araşdırmaları şöbəsinin rəhbəri Robert Hamilton qeyd edib.

Onun fikrincə, Ukraynadakı münaqişə NATO-ya alyansın müdafiə qabiliyyətini, o cümlədən hərbi xidmətə çağırış bərpa etməyin zəruriliyi barədə xəbərdarlıq olub.

CNN-in məlumatına görə, bəzi Avropa ölkələri, o cümlədən Latviya və Norveç artıq məcburi hərbi xidmətə çağırış praktikasına qayıdıb və Almaniyanın müdafiə naziri Boris Pistorius iyun ayında könüllü hərbi xidmətin tətbiqi təşəbbüsünü təqdim edib. İsveç 2025-ci ildə çağırışçıların sayını 8 minə çatdırmağı planlaşdırır. Öz növbəsində, Finlandiya 900 mindən çox hərbi ehtiyata malikdir ki, onlardan 280 mini çevik reaksiya qüvvələrinin tərkibinə daxildir.




Ana səhifəyə qayıt        Baxış: 2 770          Tarix: 22-07-2024, 16:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma