Xəbər lenti

Fələstinin radikal HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin ölümü Türkiyə və İsrail arasında diplomatik gərginliyin artmasına gətirib çıxardı. Belə ki, Haniyənin vəfatı ilə əlaqədar Türkiyənin Təl-Əvivdəki səfirliyinin binası üzərindəki dövlət bayrağı yarıya kimi endirilib.

Bu addıma cavab olaraq İsrailin xarici işlər naziri İsrael Katz Türkiyə səfirinin müavinini Xarici İşlər Nazirliyinə çağıraraq etirazını bildirib. Türkiyəli diplomata səfirlik binası üzərindəki bayrağın endirilməsi ilə bağlı İsrail tərəfinin narazılığı çatdırılıb.

Oxu.Az bildirir ki, müvafiq məlumatı İsrael Katz "X" sosial şəbəkəsində yayıb.

Qeyd edək ki, İsmayıl Haniyə uzun illər HƏMAS-a rəhbərlik edib və İsrail tərəfindən terrorçu kimi tanınırdı. Onun ölümü iki ölkə arasında mövcud olan gərgin münasibətləri daha da kəskinləşdirə bilər. Türkiyə və İsrail arasında son illərdə bir sıra məsələlərlə bağlı, o cümlədən Fələstin problemi ətrafında fikir ayrılıqları mövcuddur.




Ana səhifəyə qayıt        Baxış: 3 433          Tarix: 2-08-2024, 17:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma