Qərb İsrailin soyqırımında tərəfdaş olmamaq və Qəzzadakı vəziyyəti həll etmək üçün ona təzyiq göstərməlidir.
Axar.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Misirlə Fələstin sərhədində yerləşən Rəfah keçid məntəqəsinə səfəri zamanı bildirib.
"Rəfah" sərhəd-keçid məntəqəsi nəqliyyatın hərəkəti üçün bağlıdır, sərhədin o biri tərəfi tamamilə dağıdılıb, 100 metr aralıda insan faciəsi baş verir, soyqırımı həyata keçirilir.
Gün ərzində təxminən 25 yük maşını Qəzzaya daxil ola bilir. Bu qırğını dayandırmasaq, cinayətin ortağı olacağıq, ona görə də əlimizdən gələn köməyi göstərməyə, təzyiqləri artırmağa çalışmalıyıq.Qərb ölkələri, xüsusən də ABŞ susqunluğunu pozmalı, İsrailə təzyiq göstərməlidir, əks halda onlar onun soyqırımında tərəfdaşlarına çevriləcək",- o bildirib.
Paylaş: