Xəbər lenti

İsrail polisi Qüdsdəki Xarici İşlər Nazirliyinin qərargahında axtarış aparıb.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail polisinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, bu, bir neçə həftə əvvəl "Lahav-433" xüsusi bölməsinin dələduzluqla mübarizə şöbəsinin müstəntiqləri tərəfindən başladılan gizli istintaq çərçivəsində həyata keçirilib.

İstintaq diplomatik pasportların buna hüququ olmayan şəxslərə verilməsi şübhəsi ilə aparılır. Polis bildirib ki, axtarış zamanı müxtəlif sənədlər müsadirə edilib.




Ana səhifəyə qayıt        Baxış: 3 533          Tarix: 7-08-2024, 15:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma