"Fransa hakimiyyəti "Telegram"ın həmtəsisçisi Pavel Durovu kiminsə məsləhəti ilə saxlayıb və şifrələmə kodlarına çıxış əldə etmək niyyətində olub. Bu, mesencerin həqiqətən mühafizə olunduğunu sübut edir".
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Yəmənin xarici işlər naziri Şaya Möhsün Az-Zindani ilə danışıqların yekununa əsasən keçirilən mətbuat konfransında deyib.
"Bu platformadan istifadəyə gəlincə, çox rahatdır və həqiqətən mühafizə olunur. Ən azından, kiminsə buna şübhəsi var idisə, indi Durovun açıq-aşkar kiminsə məsləhəti ilə saxlandığı və dəhşətli cəza ilə hədələndiyi, bununla da görünür, hansısa yolla şifrələmə kodlarına çıxış əldə edilməsinə nail olmaq istəndiyi bir zamanda, artıq fransızların hərəkətləri ilə sübut edilib ki, "Telegram" həqiqətən etibarlı və populyar şəbəkədir", - deyə nazir bildirib.
Lavrovun sözlərinə görə, Fransa hakimiyyəti Rusiya tərəfinin həbsdə olan Pavel Durovla konsulluq vasitəsilə əlaqə saxlanılmasının tələb edildiyi notasını nəzərdən keçirir .
"Bizim notamız nəzərdən keçirilir, biz bu notaya cavab gözləyirik", - deyə qeyd edib.
O əlavə edib ki, BƏƏ də eyni məsələ ilə məşğul olur.
"Onların da vəkil qrupu Pavel Durovla dərhal əlaqə saxlanmasını istəyib", - deyə Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.
Paylaş: