Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Şərq İqtisadi Forumunda Rusiyada yeni səfərbərlik elanı müzakirə olunmur.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Peskov Şərq İqtisadi Forumunda müvafiq sualı cavablandırarkən deyib: “Belə müzakirələr yoxdur”.
Onun sözlərinə görə, “xüsusi əməliyyat zonası”nda iştirak etmək üçün Müdafiə Nazirliyi ilə müqavilə bağlamaq istəyənlərin sayı artır.
İyulda Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev də bildirib ki, 2024-cü ilin əvvəlindən 190 minə yaxın Rusiya vətəndaşı hərbi xidmət üçün müqavilə bağlayıb.
Xarici müşahidəçilərin fikrincə, rusiyalı məmurlar bu sıraya bazarlardan, inşaat meydançalarından və sair məkanlardan tutulub zorla hərbi komissarlığa aparılan və müharibəyə göndərilənləri də aid edirlər.
Paylaş: