Xəbər lenti

İsrail Müdafiə Qüvvələrinin (SAXAL) 162-ci diviziyası Fələstinin radikal HƏMAS hərəkatının Rəfah briqadasının məhvini başa çatdırıb.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, iki min radikal döyüşçü və 13 kilometr uzunluğunda tunel məhv edilib. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Ordu əlavə edib ki, son həftələr İsrail bölmələri Rafahın qərbindəki Tell əs-Sultan bölgəsində əməliyyat keçiriblər. Bu əməliyyat zamanı 250-dən çox terrorçu məhv edilib, o cümlədən Tell əs-Sultan batalyonunun komandiri Mahmud Həmdan və batalyon komandanlığının əksəriyyəti zərərsizləşdirilib.




Ana səhifəyə qayıt        Baxış: 3 348          Tarix: 12-09-2024, 21:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma