BMT sözçüsünün müavini Farhan Haq Ukrayna Prezidenti Volodimir Zelenskinin BMT Baş katibi Antoniu Quterrişin ölkəyə səfər etmək istəyini rədd etdiyi iddialarının yalan olduğunu bildirib.
"Report"un ABŞ bürosu xəbər verir ki, BMT-nin Nyu-Yorkdakı qərargahında keçirilən gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran BMT rəsmisi Baş katibin Ukraynaya səfər edəcəyini və bununla bağlı Zelenskinin Ofisi ilə tarix dəqiqləşdirilməsi üzərində iş aparıldığını qeyd edib: "Bildirmək istəyirəm ki, biz Zelenski və Baş katib üçün uyğun zamanda görüşü təmin etmək məqsədilə son günə qədər çalışırıq".
Qeyd edək ki, Ukrayna KİV-lərində yayılan xəbərdə, Baş katibin Kazanda keçirilən BRIKS sammitində iştirakı səbəbindən Zelenskinin onu Ukraynaya dəvət etməkdən imtina etdiyi qeyd olunub.
Paylaş: