Xəbər lenti

İlon Mask Ukraynada sülhün tezliklə gələcəyini söylədi. Və dünən o, Trampla Zelenski arasında telefon danışığında iştirak edib.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı tanınmış politoloq Sergey Markov qeyd edib.

O bildirib ki, Trampın planı belədir:

“1. Döyüş xətti boyunca sərhəd;

2. Demilitarizasiya zonası;

3. Bu zonaya İngiltərə, Fransa və NATO-nun digər Avropa ölkələrindən qoşunların gətirilməsi.

Ukraynada hamı bir-birindən soruşur: Putin və Tramp Ukraynanın taleyi ilə bağlı nə, nə, nə qərar verəcək?

Rusiyada NATO qoşunlarının Ukraynada istənilən formada yerləşdirilməsi qətiyyən yolverilməz hesab olunur. Gəlsələr - orada sındırılacaq, qovulacaqlar.

Özümdən əlavə edirəm:

1. Ukraynanın demilitarizasiyası;

2. Ukraynanın denasifikasiyası;

3. Rus dili ikinci dövlət dili kimi;

4. Pravoslav Kilsəsinin bütün hüquqlarının tam bərpası.

Qərb bunu tanımayana qədər sülh mümkün deyil. Amma Qərbin Ukraynada demokratiya yox, faşist monstrı yaratdığını etiraf etmək asan deyil. Amma lazımdır”.




Ana səhifəyə qayıt        Baxış: 3 361          Tarix: 9-11-2024, 11:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma