Xəbər lenti

 ABŞ Dövlət Departamenti Kubada baş verən, Birləşmiş Ştatların diplomatlarının xəsarət alması ilə nəticələnən silsiləli, anlaşılmaz hadisələrdən sonra bu ölkənin iki diplomatını öz ərazisindən çıxarıb.

"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Dövlət Departamentinin nümayəndəsi bildirib ki, amerikalılar Kubada "müxtəlif fiziki əlamətlərə səbəb olan" hadisələr haqqında məlumat verdikdən sonra iki kubalıdan ölkəni tərk etmək xahiş edilib. Lakin məmur söhbətin məhz hansı hadisədən getdiyini açıqlamayıb. Lakin qeyd edib ki, Kuba beynəlxalq öhdəliyə əsasən əcnəbi diplomatları mühafizə etməlidir.

Dövlət Departamentinin nümayəndəsi bununla yanaşı bildirib ki, Kuba hökuməti insidentin araşdırıldığını əmin edib.




Ana səhifəyə qayıt        Baxış: 577          Tarix: 10-08-2017, 09:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma