İsrail ordusu İsrail hərbi hava qüvvələri İranın nüvə obyektlərinə mümkün zərbələr endirməyə hazırlaşmaqda davam etdiyini açıqlayıb.
Musavat.com xəbər verir ki, məlumatı “Times of Israel” yayıb.
Nəşrin yazdığına görə, İsrail ordusu bu prosesi Tehranın Yaxın Şərqdə proksi qruplarının zəifləməsi və Suriyada Əsəd rejiminin süqutuna görə davam etdirir.
“Times of Israel” yazır ki, İsrail ordusu “təcrid olunmuş İranın nüvə proqramını həyata keçirməyə davam edə biləcəyini” güman edir: “Yaxın Şərqdə dramatik dəyişikliklər, xüsusən də İsrail Hərbi Hava Qüvvələrinə Suriyanın hava hücumundan müdafiə sistemlərinin böyük əksəriyyətini sıradan çıxarmağa imkan verən Əsəd rejiminin süqutu səbəbindən İsrail ordusu İranın nüvə obyektlərinə zərbə endirməyin artıq mümkün olduğuna inanır”.
Paylaş: