Şimali Koreyanın raket zərbəsi endirəcəyi təqdirdə Quam sakinlərinin xilas olmaq üçün cəmi 14 dəqiqə vaxtı olacaq.
Axar.az xəbər verir ki, bu barədə ABŞ mətbuatı informasiya yayıb. Quam adasının təhlükəsizlik idarəsi raket buraxılışı barədə dərhal xəbər vermək imkanlarına sahib olan 15 xəbərdarlıq sistemini adanın hər küncündə quraşdırıb.
“İdarəmiz hərbçilərdən informasiyanı alacaq və həmin informasiyanı əhaliyə çatdıra bilmək üçün kütləvi informasiya vasitələrinin istənilən formasından istifadə edəcək. Əgər xəbərdarlıq siqnalı eşitsəniz, bu vəziyyətdə necə davranmalı olduğunuzla bağlı digər məlumatları öyrənmək üçün dərhal informasiya vasitələrinə baxın”, - təhlükəsizlik idarəsindən bildirilib.
Qeyd edək ki, rəsmi Pxenyan ABŞ-a məxsus Quam adasını vura biləcəyini açıqlamışdı.
Paylaş: