Xəbər lenti



 Gülnara İnanc , 
"Etnoqlobus" Beynəlxalq onlayn araşdırma mərkəzinin direktoru, ekspert
 
Donald Trampın hakimiyyətə gəlməsi ilə ABŞ Yaxın Şərqdə nüfuz dairəsi bölgüsünin bir hissəsi kimi İsrail-Fələstin münaqişəsinə dair siyasətinin dəqiq konturlarını cızdı.
 
D.Tramp yəhudi təşkilatları qarşısında  vədlərinə sona qədər əməl etməyən sələflərindən (görünür, onlar zəmin yaradırdılar) fərqli olaraq münaqişənin düyününü bir zərbə ilə doğramağa qərar verdi.
 
Ağ Evin yeni administrasiyasının bu istiqamətdə ilk addımlarından biri 2017-ci ilin dekabrında Qüdsü İsrailin paytaxtı elan etməsi oldu. Qeyd edək ki, ABŞ Konqresi diplomatik missiyasının Təl-Əvivdən Qüdsə köçürülməsi barədə qərarı hələ 1995-ci ildə vermişdi. "Jerusalem Embassy Act"  adlanan bu qanunda Qüds İsrailin bölünməz şəhəri və paytaxtı kimi qəbul edilir.


 
Lakin Yaxın Şəqrdə situasiyanın gərginləşməsindən qaçmaq üçün prezidentlər Bill Klinton, Corc Buş (oğul)  və Barak Obama bu qanunun icrasını ləngidir və yarım ildə bir Konqresə hesabat verirdilər.
 
 2017-ci ilin iyununda Tramp da bu qanunun icrasını təxirə saldı, amma o, seçki kampaniyası zamanı dipmissiyanın köçürülməsi məsələsini nəzərdən keçirmək niyyəti olduğunu bildirmişdi1.
 
Xatırladaq ki, BMT-nin yəhudi və ərəb dövlətinin yaradılması barədə rezolyusiyasının bəndlərindən biri Qüds və Vifleem üzərində beynəlxalq idarəçiliyin saxlanmasını nəzərdə tuturdu.
 
Lakin İsrail 1950-ci ilin yanvarında  Qüdsü öz paytaxtı elan etdi və dövlət müəssisələrini şəhərin qərb hissəsinə köçürdü. 1980 ci ilin iyulun 30-da isə Qüdsü "vahid və bölünməz paytaxt elan etdi".
 
Trampın ikinci addımı Holan yüksəkliklərini İsrailin ərazisi elan etməsi oldu.


 
 "ABŞ prezidenti İsrailin bu ərazilər üzərində suverenliyini qəbul etməsinin səbəbini isə belə izah etdi ki, Holan yüksəklikləri İsrail və bütün bölgə üçün vacib strateji əhəmiyyət daşıyır"2. 
 
Trampın bu iki addımı İsrail-Fələstin münaqişəsinin həlli barədə Ağ Evin yüksək rütbəli şəxslərinin bəyan etdikləri ABŞ planının tərkib hissəsidir.
 
Məsələn, 2018-ci ilin iyununda Trampın böyük məsləhətçisi Cared Kuşner bildirmişdi ki, prezident administrasiyasının  fələstinlilərin hər hansı iştirakı olmadan hazırldığı   İsrail-Fələstin münaqişəsinin həllinin sülh planı"demək olar ki, hazırdır"3. 
Planda  İsrail və   Fələstinin sərhədlərinin müəyyənləşməsi nəzərdə tutulur. Bunu Kuşnerin 2019-cu ilin fevralında verdiyi bəyanat təsdiqləyir: "Ağ Evin İsraildəki parlament seçkilərindən sonra elan olunacaq  planı "dərin və düşünülmüşdür" və o, İsrailin sərhədlərinin müəyyənləşdirilməsi və mübahisəli ərazilərin statusu ilə bağlı problemlərin həllinə yönələcək "4. 


 
Yuxarıda da qeyd etdiyimiz kimi,  münaqişənin həllinin tərkib hissəsi olan Qüdsün statusu və iki dövlətin sərhədlərinin müəyyəşdirilməsi məsələsində Fələstinin mövqeyi nəzərə alınmır. Fələstinin faktiki olaraq Qərb sahili və Qəzzə olaraq iki idarəçiliyə bölündüyünü nəzərə alsaq,   kiminlə danışıqlar aparılcağı barədə heç bir qeyd yoxdur.
 
Məsələn, ABŞ prezidentinin Yaxın Şərq münaqişəsi üzrə xüsusi nümayndəsi Ceyson Qrinblattın sözlərinə görə, "plan İsrailin təhlükəsizlik ehtiyacları üzərində cəmlənəcək, amma eyni zamanda "fələstinlilər üçün də ədalətli olacaq"5
 
2018-ci ilin iyinunda Kuşner Mahmud Abbası danışıqlar masası arxasına qayıtmağa çağırdı. Onun sözlərinə görə, əks halda ABŞ İsrail-Fələstin münaqişəsi barədə planı açıqlayacaq6. 


 
Bu, Vaşinqtonun  münaqişəni öz istədiyi kimi - istər fələstinlilərlə, istərsə onlarsız həll etmək niyyətini bir daha təsdiqləyir. 
 
Kuşner  deyib ki, Fələstin xalqı "şərəfli həyata  layiqdir”.  Amma Ağ Ev Qəzza bölgəsi və Qərb sahilinin vahid hökuməti olmasının istəyir.  "Fələstinlilər onların maraqlarını qoruyacaq hökumətləri olmasını istərdi "7.
 
Qeyd edək ki, Tramp da Holan yüksəkliklərinin İsrailə verilməsindən danışanda təhlükəsizlik məsələsini qeyd edirdi.  Yəni söhbət İsrailin sərhədlərinin maksimal təhlükəsizlik baxımından müəyyənləşdirilməsindən gedir. Bir sözlə, yeni plan bütün işğal olunmuş torpaqları və Holan yüksəkliklərini İsrailin ərazisi kimi təsbit etməlidir.
 
Holan təpələri ilə bağlı maraqlı bir məqamı qeyd etmək lazımdır.
Hələ 2015-ci ildə mətbuatda Holan təpələri ərazisində iri neft yataqlarının aşkarlanması barədə  məlumat yayılmağa başladı. 


 
 «Biz Holan yüksəkliklərinin cənub hissəsində 350 m. qalınlığında neft layı aşkar etmişik. Orta hesabla bütün dünyada  neft laylarının qalınlığı 20-30 metr olur. Bizdə isə bu layların qalınlığı 10 dəfə artıqdır. Odurki biz əhəmiyyətli həcmdə neftdən danışa bilərik»-,deyə İsrailin törəmə şirkəti  Genie EnergyAfek Oil & Gas-un baş qeoloqu bildirib8.
 
Bax, İsrailin ölkınin təhlükəsizliyi üçün işğal etdiyi Holan təpələrinni taleyi o zaman həlll olunmuşdu.
 
İsrail hökuməti 2013-cü ildə Genie şirkətinə mübahisəli Holan təpələrində kəşfiyyat aparmağa icazə vermişdi. Bununla eyni zamanda İsrail Holan yüksəkliklərini Suriyadan təcrid etmək üçün istehkamlar qurmağa başladı 9.


 
Bu arada, Aralıq dənizində qaz hasilatı üçün hazırlıq işləri gedir.  Aralıq dənizi hövzəsində qaz kəşfiyyatı 1990-cı illərin sonundan aparılır. Bu müddət ərzində İsraildə  və Kipr sahillərində bir neçə böyük olmayan və nisbətən iri yataqlar aşkar olunub. 2004-cü ildə aşkarlanan 450 mlrd. kubmetr qaz ehtiyatlarına malik olan Leviafan iri yataqlardan biri kimi dəyərləndirilir10.
 
Leviafan qaz yatağı İsrailllə Livanın dəniz sərhədləri yaxınlığında yerləşir.  2017-ci ilin aprel ayında İsrail Kipr, Yunanıstan və İtaliya ilə birgə təbii qazın Aralıq dənizi ilə daşınması barədə ilkin müqavilə imzalayıb11.
 
2018-ci ilin noyabrında İsrail, Kipr və Yunanıstan "Eastmed" qaz kəmərinin tikintisi ilə bağlı anlaşma imzalayıb. Qərbdə bu istiqamət Rusiya marşrutuna alternativ kəmər kimi dəyərləndirilir.  


 
İsrail hökuməti Kipr və Misirlə Aralıq dənizinin sərhədlərini demarkasiya edib. Hələ də İsrailin qaz yataqlarının şimal hissəsinə, o cümlədən Leviafana iddialı olan Livanla bu barədə anlaşma əldə olunmayıb. Beyrut əvvəlcə həmin əraziləri İsrailin tərkibində qəbul etmişdi. Hazırda isə Livan iddialarını bərpa edib.
 
Bu, Ağ Evin Fələstin-İsrail münaqişəsinin həlli barədə yeni planında deyilən və İsrail üçün önəmli olan "sərhədlərin müəyyənləşdirilməsi və təhlükəsizlik" üçün daha bir vacib şərtdir.
 
Qeyd etmək lazımdır ki, Vaşinqton Fələstin-İsrail münaqişəsini strateji partnyoru İsrailin maraqlarını qorumaq şərtilə həll etməklə Yaxın Şərqdə yalnız geosiyasəti deyil, energetik situasiyanı da  nəzarətə götürmək istəyir.
 
Bəs Fələstinin qeyd olunan plana reaksiyası necədir?


 
Ondan başlamaq lazımdır ki, Trampın gizli planına əsasən, fələstinlilərə bir-biri ilə sərhədləri olmayan İordan çayının qərb sahili və Qəzzə olmaqla  iki hissədən ibarət dövlət vəd edilir. Paytaxt kimi isə  Qüds ətrafında yerləşən Abu-Dis yaşayış məntəqəsi təklif olunur.
 
Al Jazeera kanalının məlumatına görə, ABŞ səfirliyinin Qüdsə köçürülməsilə bağlı etirazlarda 10 minə yaxın fələstinli iştirak edib.
 
 Reuters agetliyi isə xəbər verir ki,  bu etiraz aksiyaları zamanı Qəzzə bölgəsi ilə sərhəddə İsrail hərbçiləri tərəfindən 28 fələstinli öldürülüb. 450-si odlu silahdan olmaqla 900 nəfər yaralanıb
 
HAMAS lideri İsmayıl Xaniya təşkilatın bütün üzvlərinə və hissələrinə strateji təhlükəsizliyi aradan qaldırmaq üçün  verilə biləcək bütün təlimat və əmrlərə hazır olmağı tapşırıb.

​​​​
 
HAMAS-ın çağırışını Livan HİZBULLAH-ı da dəstəkləyib. Təşkilatın lideri Həsən Nasrallahın sözlərinə görə,  üsyan   amerikan qərarına "ən sərt, ən böyük , ən vacib" cavab olmalıdır12.
 
Əslində bu illər ərzində heç avazımayan münaqişənin yeni mərhələsi başlanıb.
 
FƏTH isə diplomatik mübarizə yolunu seçərək şikayətlə BMT-yə müraciət edib və Ərəb Ölkələri Liqasını Fələstini dəstəkləməyə çağırıb. FƏTH əvvəlcədən seçdiyi yolun uğursuzluğunu anlasa da , bu, Mahmud Abbasın rəhbərlik etdiyi təşkilatın siyasi obrazıdır.
 
HAMAS və İsrail sözügedən müddət ərzində uyğun olaraq İsrail və Qəzzəni atəşə tuturlar. Trampın planı da fələstinlilərin gözlənilən reaksiyasına nəzərdə tutulmuşdu. Etirazlar və atəş səslərinin arxasında yeni Yaxın Şərq qurulur.
 
Mənbələr:
1.  https://tass.ru/info/4789725
2. https://www.kommersant.ru/doc/3923549
3. https://www.golos-ameriki.ru/a/cn-israel-palestinians/4452440.html
4. http://www.newsru.co.il/israel/25feb2019/kushner_sky_006.html
5. https://www.interfax.ru/world/650089
6. https://www.golos-ameriki.ru/a/cn-israel-palestinians/4452440.html
7. http://www.newsru.co.il/israel/25feb2019/kushner_sky_006.html
8.  http://xn----ctbsbaa3aibxhck.ru-an.info/%D0%BD%D0%BE%D0%B2%D0%BE%D1%81%D1%82%D0%B8/%D0%BD%D0%B0-%D0%B3%D0%BE%D0%BB%D0%B0%D0%BD%D1%81%D0%BA%D0%B8%D1%85-%D0%B2%D1%8B%D1%81%D0%BE%D1%82%D0%B0%D1%85-%D0%BE%D0%BA%D0%BA%D1%83%D0%BF%D0%B8%D1%80%D0%BE%D0%B2%D0%B0%D0%BD%D0%BD%D1%8B%D1%85-%D0%B8%D0%B7%D1%80%D0%B0%D0%B8%D0%BB%D0%B5%D0%BC-%D0%BD%D0%B0%D0%B9%D0%B4%D0%B5%D0%BD%D0%BE-%D0%BC%D0%BD%D0%BE%D0%B3%D0%BE-%D0%BD%D0%B5%D1%84%D1%82%D0%B8/
 
9. https://info.sibnet.ru/article/441101/
10.  http://cyclowiki.org/wiki/%D0%93%D0%B0%D0%B7%D0%BE%D0%B2%D1%8B%D0%B5_%D0%BC%D0%B5%D1%81%D1%82%D0%BE%D1%80%D0%BE%D0%B6%D0%B4%D0%B5%D0%BD%D0%B8%D1%8F_%D0%98%D0%B7%D1%80%D0%B0%D0%B8%D0%BB%D1%8F
11. https://www.bbc.com/russian/features-42267699
 https://www.haaretz.com/israel-news/business/.premium-geologist-reports-golan-oil-find-firm-stays-mum-1.5406510


Ana səhifəyə qayıt        Baxış: 3 203          Tarix: 22-05-2020, 16:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma