Xəbər lenti

ABŞ və Ukrayna nümayəndələri arasında Ukrayna münaqişəsi üzrə görüş gələn həftə Səudiyyə Ərəbistanının Ciddə şəhərində baş tutacaq.

Oxu.Az-ın xəbərinə görə, bu barədə krallığın Xarici İşlər Nazirliyi "X" hesabında məlumat verib.

"Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanı adından ABŞ və Ukrayna arasında planlaşdırılan görüşün keçirilməsini alqışlayır", - deyə nazirliyin paylaşımında bildirilib.

Qeyd edək ki, martın 6-da ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff görüşün gələn həftə baş tutacağını və görüş iştirakçılarının diqqətlərini ilkin atəşkəsin əldə edilməsinə nail olmaq və Rusiya ilə Ukrayna arasında sülh sazişinin təməlinin qoyulmasına yönəldəcəklərini bildirmişdi.




Ana səhifəyə qayıt        Baxış: 3 197          Tarix: 8-03-2025, 09:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma