
Xəbər lenti
Bu gün, 17:30
Bu gün, 16:17
Bu gün, 15:23
Bu gün, 10:16
Bu gün, 09:13
Dünən, 23:09
Dünən, 21:40
Dünən, 19:30
Dünən, 16:30
Dünən, 13:09
Rusiya ordusu mayın 18-i gecə saatlarında Ukraynaya rekord sayda dronla hücum edib.
Oxu.Az focus.ua-ya istinadla xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin komandanlığı məlumat yayıb.
Bildirilir ki, Rusiya müxtəlif tipli 273 pilotsuz uçuş aparatı (PUA) ilə hücum edib. Bu, Rusiya-Ukrayna münaqişəsi başlayandan bəri ən böyük sayda dron hücumudur.
Rusiyanın Ukraynaya qarşı buraxdığı dronların sayına görə əvvəlki rekord cari il fevralın 23-də qeydə alınıb.
Həmin vaxt hücum üçün iki ballistik raketdən və 267 zərbə PUA-sından istifadə olunub.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Video
Ən çox oxunanlar