Xəbər lenti
 

Amerikanın Denver şəhərində (Kolorado ştatı) Beynəlxalq çətənə kilsəsi açılıb.


Ovqat.com xəbər verir ki, AFN verdiyi xəbərə görə, bu haqda Huffington Post qəzeti məlumat yayıb.
Təşkilat əvvəllər lüteran kilsəsinə məxsus qədim binanı çətənə kilsəsinə çevirib. İştirakçılar burada marixuana çəkmək ayinini icra edəcək, kinoseanslara tamaşa edəcək, rəssamlar, musiqiçilər və digər maraqlı şəxslərlə görüşlər keçirəcəklər.
Koloradoda marixuana saxlamağa və istifadə etməyə icazə verilir. Lakin ştat qanunları ictimai yerlərdə narkotiklərdən istifadəni qadağan edir. Beynəlxalq çətənə kilsəsinə giriş yalnız dəvətnamə ilə olacaq. Təşkilat marixuana ticarəti və ya onun təbliği ilə məşğul olmaq niyyətində deyil.
Beynəlxalq çətənə kilsəsinin nümayəndəsi Li Molley bəyan edib ki, onlar avtoritar strukturlara inanmırlar. Bu ibadətin nümayəndələri çətənəni “müqəddəs çiçək” adlandırlar və hesab edirlər ki, marixunadan ayinlər məqsədilə istifadə həyatın mənasını başa düşməyə və insanın özünü tapmasına kömək edir.

RAFİQ 





Ana səhifəyə qayıt        Baxış: 887          Tarix: 21-04-2017, 13:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma