Xəbər lenti

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 24-də rusiyalı həmkarı Vladimir Putinlə planlaşdırılan telefon danışığı zamanı taxıl dəhlizi üzrə razılaşmaların bərpası məsələsini qaldırmaq niyyətində olduğunu bildirib.

Oxu.Az bildirir ki, o bu açıqlamanı Cənubi Afrika Respublikasında keçirilən G20 sammiti çərçivəsində mətbuat konfransında deyib.

"Əvvəllər taxıl dəhlizi ilə bağlı məlum təşəbbüsümüz var idi. Bu təşəbbüs həqiqətən sülhə gedən yolu açmağa yönəlmişdi. Taxıl dəhlizinin həm Avropaya, həm də Afrikaya çatmasını istəyirdik. Təəssüf ki, yalnız məhdud uğur qazandıq. Sabah danışıqlar zamanı Putindən bu barədə yenidən soruşacağam", - deyə o vurğulayıb.

Ərdoğan əlavə edib ki, Putinlə söhbəti zamanı Ukrayna münaqişəsində insan itkisinin qarşısını almaq üçün hansı addımların atıla biləcəyini müzakirə etmək niyyətindədir: "Bu danışıqlardan sonra ümid edirəm ki, nəticələri həm avropalılarla, həm də Trampla müzakirə etmək imkanım olacaq. Ən qısa zamanda sülhə nail olmaq üçün bu vəziyyətin tez bir zamanda həllinə çalışırıq və ümid edirik".




Ana səhifəyə qayıt        Baxış: 3 028          Tarix: Bu gün, 20:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma