Xəbər lenti

İsrail İordan çayının qərb sahilinin şimal hissəsində genişmiqyaslı antiterror əməliyyatına başlayıb.

Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə İsrail Müdafiə Qüvvələrindən (IDF- SAXAL) məlumat verilib.

"26 noyabr gecəsi SAXAL, sərhəd polisi və ümumi təhlükəsizlik xidməti Samariyanın şimalında (İordan çayının qərb sahilinin şimal hissəsi - red.) genişmiqyaslı antiterror əməliyyatı çərçivəsində hərəkətə başlayıblar", - deyə məlumatda bildirilib.

SAXAL-dan, həmçinin qeyd edilib ki, İsrail təhlükəsizlik qüvvələri terrorun qarşısını almaq üçün aktiv tədbirlər görür.




Ana səhifəyə qayıt        Baxış: 2 431          Tarix: Bu gün, 13:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma