Xəbər lenti

Ermənistan nümayəndələri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Bişkekdə keçiriləcək sammitində iştirak etməyəcəklər.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, İrəvan görüşdə bütün sənədlər blokunun qəbul edilməsinin əleyhinə olmadığını bildirib.

Uşakov qeyd edib ki, KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının növbəti sessiyası noyabrın 27-də Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək:

"Sammitdə Qırğızıstan, Belarus, Qazaxıstan, Rusiya və Tacikistan liderləri iştirak edəcəklər".

O əlavə edib ki, KTMT sammitində 19 sənədin imzalanması planlaşdırılır.




Ana səhifəyə qayıt        Baxış: 2 981          Tarix: Dünən, 22:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma