Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı ABŞ Prezidenti Donald Trampı Ukraynaya "Tomahawk" qanadlı raketlərini verməməyə inandırıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Wall Street Journal" qəzeti ABŞ rəsmilərinə istinadən məlumat verib.
Söhbət oktyabrın 16-da Ukrayna Prezidenti Volodimir Zelenskinin Ağ Evə səfərindən əvvəl baş tutan telefon danışığından gedir.
"Tramp daha əvvəllər də ABŞ-nin raket arsenalının azalması ilə bağlı narahatlığını bildirmiş olsa da, Putinlə söhbət onu "Tomahawk"ların Ukraynaya verilməsini dəstəkləməməyə inandırıb", - deyə nəşr yazıb.
Rusiya və ABŞ prezidentləri arasında söhbət iki saatdan çox davam edib. Tramp bundan sonra təsdiqləyib ki, "Tomahawk"ların Kiyevə verilməsi imkanı həqiqətən müzakirə olunub və bu ideya Putinin xoşuna gəlməyib. KİV yazırdı ki, məhz bu söhbətdən sonra Ağ Ev rəhbəri Ukraynaya "Tomahawk"ların tədürükü ilə bağlı fikrini dəyişib.
Paylaş:




























