Xəbər lenti

Ukrayna münaqişənin nizamlanması üçün ABŞ-nin planını qəbul edib.

Oxu.Az xəbər verir ki, bu barədə CBS telekanalı ABŞ rəsmisinə istinadla məlumat yayıb.

Mənbənin sözlərinə görə, "həll edilməsi lazım olan bəzi cüzi detallar var".

"Biz çox nikbinik. Nazir [ABŞ-nin ordu naziri Den] Driskoll nikbindir. Ümid edirik ki, tezliklə ruslardan cavab alacağıq. Hər şey sürətlə irəliləyir", - deyə telekanalın həmsöhbəti əlavə edib.

Onun sözlərinə görə, Driskoll noyabrın 25-də "müxtəlif görüşlərə gedərək" Rusiya nümayəndələri ilə bir neçə saat danışıqlar aparıb.

Daha əvvəl Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (SNBO) katibi Rustem Umerov bildirib ki, Cenevrədə Kiyev və Vaşinqton nümayəndə heyətlərinin görüşləri zamanı sazişin əsas şərtləri barədə ümumi razılaşma əldə olunub.




Ana səhifəyə qayıt        Baxış: 3 732          Tarix: Dünən, 18:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma