Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampla Rusiya-Ukrayna müharibəsinin həlli planını müzakirə etmək üçün bu həftə Vaşinqtona getməkdən imtina edib.
"Report" xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksey Qonçarenko öz telegram kanalında məlumat verib.
Onun sözlərinə görə, noyabrın 23-də Cenevrədə ABŞ-Ukrayna danışıqları başa çatdıqdan sonra ABŞ nümayəndələri Zelenskiyə Trampla görüşmək üçün bu həftə Vaşinqtona getməyi təklif ediblər.
Lakin Ukrayna prezidenti sülh planının daha da işlənib hazırlanmasının zəruriliyini əsas gətirərək səfərdən imtina edib və gələn həftə
Vaşinqtona getməyi təklif edib.
Ağ Evin mətbuat katibi Kerolayn Livitt də bildirib ki, ABŞ Prezidenti Donald Trampın hazırda Volodimir Zelenski ilə görüşü planlaşdırılmır.
Paylaş:




























