Xəbər lenti

"Rusiya ABŞ-dən Ukrayna üzrə sülh planının Avropa və Kiyevlə razılaşdırılmış aralıq versiyasını əldə etməyə ümid bəsləyir".

Oxu.Az TASS-a istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Donald Tramp Administrasiyasının rəsmi planı Rusiya tərəfinə təqdim edilməyib: sənəd qeyri-rəsmi kanallar vasitəsilə əldə edilib.

Bununla yanaşı, Lavrov vurğulayıb ki, Trampın planında yer alan bir sıra ifadələr dəqiqləşdirmə tələb edir.




Ana səhifəyə qayıt        Baxış: 2 887          Tarix: Dünən, 16:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma