Xəbər lenti

Rusiya ordusu Ukraynadakı hərbi obyektlərə kütləvi zərbələr endirib.

Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Məlumata görə, Ukraynada müdafiə sənayesi, enerji obyektləri və PUA-ların saxlanma məntəqələri vurulub.

Qeyd olunur ki, hücum zamanı Rusiya Silahlı Qüvvələri dəniz, quru və hava bazalarından, o cümlədən "Kinjal" hipersəsli raketlərlə irimiqyaslı zərbələr endirib.

"Hücum zamanı məqsədə nail olunub və bütün təyin edilən hədəflər vurulub", - deyə Rusiya MN-dən bildirilib.




Ana səhifəyə qayıt        Baxış: 2 662          Tarix: Dünən, 15:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma