Litva Belarus ərazisindən siqaret qaçaqmalçılığı üçün buraxılan meteoroloji zondların hava sərhədini pozması ilə əlaqədar bu ölkəyə rəsmi etirazını bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə Litva Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Nazirliyə çağırılan Belarus səfirliyinin nümayəndəsinə bildirilib ki, Litva bu cür hərəkətlərin dayandırılması üçün dərhal tədbirlər görülməsini tələb edir və sərhədin yenidən bağlanması da daxil olmaqla, cavab tədbirlərini görmək hüququnu özündə saxlayır", - məlumatda qeyd olunub.
Litva Belarus ərazisindən mülki aviauçuşlara təhlükə yaradan hava yolu ilə siqaret qaçaqmalçılığına qarşı mübarizə məqsədilə sərhədi bir ay müddətinə bağlamaq qərarını oktyabrın 29-da qəbul edib. Noyabrın 20-də Vilnüs vəziyyətin yaxşılaşdığını hesab edərək sərhədi açıb.
Paylaş:




























