Xəbər lenti

Rusiya dəniz dövləti statusundan məhrum olacaq.

Publika.az
 xəbər verir ki, bu proqnozla ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) “kölgəsi” hesab olunan “Stratfor” kəşfiyyat-analitik mərkəzi çıxış edib.

Kəşfiyyat-analitik mərkəzi qeyd edir ki, Rusiya suüstü donanmanın maliyyələşdirilməsini və hərbi gəmilərin miqdarını ixtisar edir.

“Rusiya əsas diqqətini Baltikyanı və Qafqaz ölkələrinə (Xəzər donanması nəzərdə tutulur - red.), həmçinin, Ukrayna və Arktikaya yönəldəcək. xüsusilə, Arktikada “Şimal” birləşmiş strateji komandanlığı 2020-ci ilə qədər hərbi dairə statusunu alacaq. Kreml qərb cinahında NATO-nu əsas təhlükə olaraq qəbul etməyə davam edəcək, odur ki, yerüstü və havada nüvə silahlanmasını gücləndirəcək”, - deyə “Stratfor” proqnozlaşdırıb. 




Ana səhifəyə qayıt        Baxış: 1 072          Tarix: 30-06-2017, 13:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma