Xəbər lenti
 
"Fujitsu" şirkəti uzun müddətdir korporativ seqment üçün planşet kompüterləri istehsal edir. Buna görə yapon şirkəti öz məhsullarında təhlükəsizliyin təmini üçün olduqca maraqlı həllər tətbiq edir. Məsələn, "Windows 10" sistemi ilə işləyən yeni 10,1 düymlük "ARROWS Tab Q507/P-SP" planşetində "Slide Passport" adlı inqilabi biometrik autentifikasiya funksiyası tətbiq edilib.
Ovqat.com "4pda.ru" saytına istinadla xəbər verir ki, sistem istifadəçinin avtorizasiyası üçün onun ovcunun içindəki vena damarının şəklini skan edir.
İstifadəçi qurğunu blokdan çıxaran zaman barmaqlarını ekrana qoymalı və onları lazımı istiqamətdə aparmalıdır. Bu əməliyyatın icrası zamanı sağ çərçivədə yerləşən skaner ovucun içindəki vena damarının şəklini skan edir. Bu planşetin daha bir özəlliyi "IP54" standartı üzrə toz və suya qarşı davamlı olmasıdır. "Fujitsu ARROWS Tab Q507/P-SP" planşeti avqustun əvvəlində 780 dollara satışa çıxarılacaq.



Ana səhifəyə qayıt        Baxış: 981          Tarix: 22-04-2017, 18:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma