Xəbər lenti

 

Çeçenistan Respublikasının prezidenti bəyan edib ki, Myanmadakı hadisələrlə bağlı onun çıxışını sosial şəbəkələrdə təhrif ediblər.

Ovqat.com oxu.az-a istinadən bildirir ki, o bu barədə Telegram-da yazıb.

"Mənim sözlərimi təhrif ediblər, və bu məqsədyönlü şəkildə həyata keçirilib. Sonradan bu yalan altında bəzi jurnalistlər növbəti sui-qəsd nəzəriyyəsini qurmağa başlayıblar", - Çeçenistan prezidenti qeyd edib.

Kadırovun sözlərinə əsasən, onun çıxışını eşidən hər kəs KİV-də yayılanların yalan olduğunu bilir:

"Mən əminəm ki, Rusiya heç vaxt əziyyət çəkən insanlara göstərilən köməyə mane olmayıb və olmayacaq".

Sonda Kadırov Rusiya prezidenti Vladimir Putini dəstəklədiyini bildərərək, özünü onun sadiq piyadası adlandırıb.




Ana səhifəyə qayıt        Baxış: 833          Tarix: 5-09-2017, 23:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma