Xəbər lenti
Bu gün, 19:25

 

"Google" şirkəti tərəfindən 2016-cı ilin dekabrında təqdim edilmiş "ağıllı" xəbər xəttinin məzmunu istifadəçilərin fərdi özəllikləri əsasında formalaşdırılır. Bu vaxtadək yalnız ABŞ-da əlçatan olan funksiya indi bütün dünyada aktivdir.

Ovqat.com AZƏRTAC-a istinadən bildirir ki, fərdi xəbər lenti "Google"un "Android" üçün əsas proqramında əlçatandır. Tezliklə bu funksiya proqramın "iOS" versiyasında, həmçinin axtarış sisteminin masaüstü və mobil versiyalarında əlçatan olacaq.

Yeni xidmət "Google Feed" adlanır. "Ağıllı" lentə yalnız xəbərlər deyil, həm də axtarış tarixçəsi, istifadəçinin olduğu yer və "Google"un başqa onlayn xidmətlərindən məlumatlar əsasında seçilmiş musiqi, film, məqalə və başqa fərdiləşdirilmiş məzmun daxil edilib.

"Məsələn, əgər siz fotoqrafsınız və fitneslə səthi maraqlanırsınızsa, onda fitneslə bağlı tövsiyələr sizin lentinizdə nadir hallarda göstəriləcək", - deyə şirkətdən bildirilib.




Ana səhifəyə qayıt        Baxış: 564          Tarix: 8-09-2017, 23:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma