Xəbər lenti

 

ABŞ-ın Arizona ştatının Tempe şəhər polisi məşhur aktyor Jan-Klod Van Dammın kiçik oğlunu həbs edib.
anews.az-ın TMZ nəşrinə istinadən xəbərinə görə, 21 yaşlı Nikolas Van Varenberq qonşusuna bıçaqla hücum etməkdə ittiham olunur.
Hüquq-mühafizə orqanlarının əməkdaşları gəncin evindən bıçaq, qan izləri və narkotik maddə tapıblar.
Van Varanberqin qonşusu isə bildirib ki, Nikolas onu polislərə qapını açdığı üçün bıçaqla hədələyib.
Hazırda Nikolas Van Varenberq polis tərəfindən saxlanılıb. Qeyd edək ki, Van Dammın (əsl adı Jan-Klod-Kamil-Fransua Van Varenberq) üç övladı var. Nikolas onun ikinci evliliyindən (hollivud aktrisası Darsi Linn Lya Pyerlə) olan oğludur.

 




Ana səhifəyə qayıt        Baxış: 582          Tarix: 12-09-2017, 20:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma