Muhəmməd ibn Əşəs və Qeys ibn Əşəs kimlər idi, Kərbəla faciəsində hansı rolu oynamışlar?
Onların atası Əşəs əvvəlcə İmam Əlinin (ə) tərəfində olmuş, onun əmri ilə Azərbaycan valiliyini icra etmişdi, sonra isə xəvaricə qoşulmuşdu. Anaları Ümmi-Fərvə xəlifə Əbubəkrin bacısı idi. Bacıları Cədə İmam Həsənin (ə) həyat yoldaşı idi və o həzrətə zəhər verərək şəhid etmişdi.
Ovqat.com islam.az-a istinadən bildirir ki, hər iki qardaş - həm Mühəmməd, həm də Qeys vaxtilə İmam Hüseynə (ə) məktub yazıb Kufəyə çağırsalar da, sonra əks cəbhəyə keçdilər. Onlar Yezidin ordusunun tərkibində aşura faciəsində iştirak etmişdlər. Hətta Muhəmməd ibn Əşəs qoşun sərkərdələrindən biri idi, ondan əvvəl isə Müslim ibn Əqili tərksilah edən dəstənin başçısı olmuşdu. Qeys İmam Hüseynin (ə) şəhadətindən sonra o həzrətin bədənindəki paltarları və çadırları qarət etməklə məşğul idi. Kərbəla şəhidlərinin kəsik başlarını Kufəyə aparanlardan biri də Qeys idi.
Mötəbər məlumata görə Qeys ibn Əşəsi Muxtarın tərəfdarları öldürdülər. Muhəmməd ibn Əşəs isə gedib Müsəbə qoşulsa da, Muxtarın dəstəsi ilə döyüşdə cəhənnəmə vasil oldu.
Paylaş: