
Xəbər lenti
Bu gün, 09:28
Dünən, 23:45
Dünən, 21:58
Dünən, 20:26
Dünən, 18:08
Dünən, 15:30
Dünən, 14:37
Dünən, 13:07
Dünən, 12:11
Dünən, 11:07
Dünən, 09:03
24-08-2025, 23:20
24-08-2025, 20:57
24-08-2025, 19:15
24-08-2025, 18:05
24-08-2025, 16:30
24-08-2025, 15:24
24-08-2025, 15:00
24-08-2025, 14:27

JEWISH JOURNAL, ABŞ 19.03.2021 Müəllif: Milix Yevdayev Bu yaxınlarda Roma səfərindən Bakıya – evimə qayıtmışam. Romaya dini icma liderləri ilə birgə səfər etmişdim. Səfər Azərbaycanın birinci-vitse prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən təşkil edilmişdi. Bu Fond mədəni, tarixi, dini irsin qorunması ilə məşğuldur. Heydər Əliyev Fondu Azərbaycan, Fransa, Rusiya, Yunanıstan və Bolqarıstanda çox sayda qədim kilsəni bərpa edib. Səfərimizin məqsədlərindən biri də Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovla Müqəddəs Taxt-Tacın Mədəniyyət üzrə Pontifik Şurasının və Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının sədri kardinal Canfranko Ravazi arasında Komodilya katakombalarının bərpasına dair yeni əməkdaşlıq müqaviləsinin imzalanması mərasimində iştirak etmək idi. Bu hadisə, yəni əhalisinin təxminən 95%-i müsəlman olan ölkənin Vatikanla yeni əməkdaşlığa başlaması bizim tariximizlə tanış olmayan insanlar üçün qeyri-adi görünə bilər. Lakin Azərbaycan haqda məlumatı olan şəxslər bilir ki, bu, ölkənin bir çox sahədə uğur qazanmasında əsas amillərindən biridir. Biz dini və mədəni irsə çox böyük dəyər veririk. Bundan başqa, Azərbaycan dövləti hesab edir ki, digər dinlərə, o cümlədən xristianlığa məxsus artefaktların qorunması, onlara hörmət bəslənməsi vacibdir. Mən nümayəndə heyətində Bakı şəhərindəki dağ yəhudiləri icmasını təmsil edirdim – mən bu icmanın sədriyəm. Azərbaycan yəhudisi kimi, mədəni irsin qorunmasının mühüm əhəmiyyətə malik olduğunu anlayıram. Bizim kimi insanlar bu ölkədə Azərbaycanın əsrlər boyu mədəni irsi fəal şəkildə qoruması, ona hörmət etməsi sayəsində yaşayırlar. Bütün bunlarla baxmayaraq, Azərbaycan tarixi mədəni irsin qorunması ilə bağlı faciəvi hadisələrlə də üzləşib. Ermənistanın Azərbaycanın Qarabağ bölgəsini təxminən 30 il işğal altında saxlaması nəticəsində çox sayda ev, incəsənət qalereyası və muzey daxil olmaqla, yüzlərlə tarixi əhəmiyyət kəsb edən tikili dağıdılıb. Qarabağda Azərbaycana məxsus 67 məsciddən yalnız bir neçəsi salamat qalıb. Onlarda isə bütün işğal boyu inək və donuz saxlanılıb. Hətta həyatını itirmiş azərbaycanlıların uyuduğu qəbirstanlıqlar belə, yer üzündən silinib, viran qoyulub. Bu barbarlıq yüz il əvvəl deyil, son 30 ildə, yəni Ermənistanın Azərbaycan ərazilərini işğal etməsindən, iki ölkə arasında 2020-ci ilin noyabrında müharibənin sona çatmasına qədər həyata keçirilib. Tərəflər arasında 44 gün davam etmiş son müharibə nəticəsində Ermənistan hərbi birləşmələrini işğal etdiyi ərazilərdən çıxarmağa məcbur olub. İndi Azərbaycan dövlətinin üzərinə böyük məsuliyyət düşür. O, təxminən 1 milyon məcburi köçkününün doğma ev-eşiyinə qayıda bilməsi üçün Qarabağ bölgəsini bərpa etməli, dağıntıları aradan qaldırmalıdır. Amma xalqımız təkcə evləri deyil, həm də Qarabağ regionuna xas mədəni elementləri də bərpa edəcək. Qarabağ bölgəsi zamanın sınağından keçmiş yaradıcılığın, mədəniyyətin, ənənələrin beşiyidir. Doğrudur, bu, asan iş deyil. Bölgənin tarixini, tamamilə yandırılmış, məhv edilmiş şəhərləri necə bərpa etmək olar? Bunun üçün yəqin ki, yardımlara da ehtiyac olacaq. Göründüyü kimi, bizim tarixin, mədəniyyətin qorunmasına münasibətimiz, bu işə sadiqliyimiz ölkəmizin hüdudlarından kənara, hətta Vatikana qədər gedib çıxıb. Bütün faciələrə baxmayaraq, biz Azərbaycanda çoxmədəniyyətli, çoxkonfesiyyalı cəmiyyət dəyərlərinin təşviqinə dair işləri daha güclü şəkildə davam etdiririk. Azərbaycanda şiə və sünni məzhəbinə aid müsəlmanlar, xristianlığın müxtəlif konfesiyyaları, o cümlədən erməni-qriqorianlar, bəhailər, krişnaitlər və müxtəlif icmalara məxsus 30 min yəhudi əsrlər boyu olduğu kimi, bu gün də harmoniya şəraitində birgə yaşayır. Vatikana səfərə gəlincə, gözlənildiyi kimi, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini, Bakı İslam Universitetinin rektoru Sabir Həsənli, Mefodi Ata və yepiskop Vladimir Fekete daxil olmaqla, nümayəndə heyətinin üzvləri Vatikan və Romadakı tarixi məkanları, həmçinin Heydər Əliyev Fondunun bərpasına yardım göstərdiyi müqəddəs Sebastyan katakombaları və sərdabələri ziyarət ediblər. Biz mədəni, tarixi irsin qorunması və bərpası ilə bağlı ciddi işlər görürük. İrsləri qoruyaraq başqa inanca, mədəniyyətə malik insanlara qayğı göstərir, hörmətimizi ifadə edir və bununla faktiki olaraq, gələcəyi qururuq. Çünki gələcəyimizi keçmişdə bizə dəyərli olanlarla qura bilərik. Bu, Azərbaycanın qazandığı uğurlarda əsas amildir. Şəxsən mən bunu həm də dünyada sülh və harmoniya üçün əsas amil hesab edirəm. (İngilis dilindən tərcümə - WorldMedia.Az) |
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar