Xəbər lenti

 
Gürcüstan parlamentinin Mədəniyyət komitəsinin sədri Eliso Bolkvadze Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyevlə görüşüb.
 
Ovqat.com-un məlumatına görə, görüşdə Gürcüstanla Azərbaycan arasında mədəni əlaqələrin gücləndirilməsi perspektivləri  müzakirə olunub.
 
Görüşdən sonra mətbuat açıqlaması verən Eliso Bolkvadze belə bildirib ki, tərəflər mədəni münasibətlərin yeni dinamikasından danışıb, birgə layihələri müzakirə ediblər: “Bizim həm Azərbaycanda, həm də Gürcüstanda çox maraqlı tədbirlərimiz planlaşdırılıb. Tezliklə biz Qardabaniyə gedəcəyik və daha sonra Heydər Əliyev Fondunun filialında bizi qəbul edəcəklər. Fond ilə Gürcüstan parlamentinin Mədəniyyət Komitəsi arasında münasibətlərin müxtəlif layihələr vasitəsilə dərinləşdirilməsi nəzərdə tutulur".


 
Gürcüstanla Azərbaycan arasında mədəni əlaqələrin inkişaf etdirilməsi barədə əldə olunan razılıq ermənilər arasında qıcıq doğurub. Görüşü şərh edən ermənipərəst rus mediası yazıb: “Gürcüstan Azərbaycanın “filial”ına çevrilir”.


Ana səhifəyə qayıt        Baxış: 4 616          Tarix: 6-04-2021, 13:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma