Xəbər lenti

“Türk Ədəbiyyatına Xidmət” Beynəlxalq Ədəbiyyat mükafatı(Türkiyə), “Şahmar Əkbərzadə adına Beynəlxalq Poeziya mükafatı” laureatları, Prezident mükafatçısı, tanınmış şair Kəmaləddin Qədimin sayca on ikinci kitabı işıq üzü görüb.
  Son illərdə yazılan şeirlərin yer aldığı kitab “Elm və Təhsil” nəşriyyatında çap olunub.
Doğma mövzularına sadiq qalan Kəmaləddin Qədim bu kitabındakı şeirlrində də həyat, yaşam, dünya, yaxşı-pis və s.mövzulara daha gur işıq tutur, qaranlıq qalan məqamlara yeni bir baxış sərgiləyir.
“Mənim şeirlərim darıxandılar,
 Yaman tələsirlər oxunmaq üçün
.” Şairin yeni kitabı oxucu ilə bu kəlmələrlə ünsiyyətə başlayır.İlk kəlmələrdəki bu səmimyyət kitaba olan oxucu sevgisini bir az da artırır, şeirlərin mənəvi dəyərini bir az da çoxaldır. Vərəqlər qatlandıqca oxucu şeirlərdəki sirrə-sehrə qapılır, özünü unudub dünyanın bir parçasına çevrilir.
Elə can atdılar haqqa varmağa,
Bir kiçik yaramı sarımadılar.
Mənim şeirlərim nə ad almağa,
Nə mənzil almağa yarımadılar.
 
44 günlük qələbəmizə həsr etdiyi “Külünə, kül altda közünə şükür” şeirində şair yazır:
Düşmənin gözündə qoydu murazın,
Vətən, çörəyinə, duzuna şükür.
Qızıl hərflərlə tarixlər yazır,
Minlərlə oğluna, qızına şükür.
 
Yeni kitabın ən maraqlı tərəfi isə şairin dünyadan nakam getmiş bacısı Səltənət xanımın əziz xatirəsinə həsr olunmasıdır. Kitabın sonunda yer alan “Mələk cildində bir qız var idi” poemasında şair dünyadan vaxtsız gedən bacısı Səltənət xanım haqqında poetik fikirlərini ifadə edir:
Ağappaq kağızdı əli-ayağı,
Üzü də də elə bil bəyaz qar idi.
Yerişi-duruşu mələksayağı,
Mələk cilidində bir qız var idi.
 
“Harda ayrılıq yoxdur” kitabının tərtibatı da gözoxşayandır.
 İnanırıq ki, əvvəlki kitabları kimi,bu kitabı da Kəmaləddin Qədimə yeni oxucu sevgisi qazandıracaq.


Ana səhifəyə qayıt        Baxış: 3 566          Tarix: 26-05-2021, 16:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma