“Özünə vurulmuş (narçizm) liderlər heç vaxt srateq ola bilməzlər; əvvəl-axır biveclikləri təsdiqlənəcək”.
Ovqat.com xəbər verir ki, eks-spiker Rəsul Quliyev bu gün paylaşdığı facebook statusunda Putinin strateji ağlını şərh edərkən, belə deyib.
O, öz fikrini son bir neçə il müddətində post-sovet məkanlarında baş verən hadisələrlə əsaslandırıb:
“Putinin idarəçiliyi dövründə Rusiya Federasiyası (RF) Gürcüstan, Moldova və Ukraynanı itirdi. RF-nın yaratdığı Avrasiya alyansı mənasız bir quruma çevrilməkdədir. Türkmənistan RF ilə son əlaqələrini kəsməkdədir. Qazaxstan və Özbəkistan addımbaaddım RF-dan uzaqlaşırlar. Belarus heç vaxt Moskvanın təsiri altında olmayıb və artıq Qərbə yaxınlaşmaq siyasəti aparır. NATO qoşunları artıq Baltik ölkələri və Polşada yerləşdirilib. Polşa və Rumuniyada RF-nın taktiki və strateji raketlərini öz əraziləri üzərində vurub salacaq müdafiə sistemi fəaliyyət göstərir. Ukrayna nəinki RF-dan tamamilə uzaqlaşıb, ən əsası, ukraynalılar bu ölkəni düşmən kimi qəbul edirlər . Ukrayna torpaqlarının 7 faizinə nəzarət edən Rusiya milyardlar xərcləyir, amma bu torpaqların sahibi olacağına ( o cümlədən Krıma) heç kim inanmır. Baltik, Mərkəzi Asiya, Gürcüstandan qovulmuş milyonlarla rusa Ukraynadan qovulmuş 3 milyon da əlavə olunub. Budur Putinin strategiyasının nəticələri! Bütün bunlar sovetlərin dağılmasından daha ağır nəticələrdir”.
Bu gün faktiki olaraq Rusiyanın inanacağı iki respublikanın qaldığını bildirən eks-spiker onlardan birinin də Azərbaycan olduğuna təəssüflənib:
“Torpaqlarının 18%-i işğal olmuş (Rusiyanın iştirakı və köməyi ilə) Azərbaycan siyasi iradəsi öz vəzifəsini saxlamağın qarantı olaraq Putini görür və onu işğal olmuş torpaqlar maraqlandırmır. Tarix necə ki, Lenin, Stalin və başqalarının qiymətini 70 ildən sonra verdi, Putinin də qiymətini verəcək və bu Lenindən də, Stalindən də mənfi olacaq. Putinin satraplarının qiymətləri daha aşağı səviyyədə olacaq”.
Paylaş: