Filadelfiyadan olan yunan əsilli müəllim Qrasius Həzrət Məsumənin (ə) mövludu günü İmam Rzanın (ə) mütəhhər hərəmində İslam dinini qəbul edib.
Deyerler.org Astan News-a istinadən xəbər verir ki, 34 yaşlı yunan müəllim İslam dini ilə tanış olmasında müsəlman tələbələrinin böyük təsirinin olduğunu bildirib.
“Mən xristian əqidəli bir ailədə böyümüşəm və mənim həmişə cavablarını tapa bilmədiyim suallarım var idi”, - deyən Qrasius, suallarının cavabını axtarmasının onu İslama tərəf çəkdiydini bildirib.
O, Yunanıstan hökumətinin Afinada məscid tikməyi vəd etdiyini qeyd edərək, belə danışıb: "Yunanıstan Pravoslav Kilsəsinin müqavimətinə baxmayaraq, ümid edirəm ki, məscidin qapıları gələcəkdə Yunanıstan müsəlmanlarının üzünə açılacaq.
Mən şadam ki, belə bir gündə və bu məkanda İslam dinini qəbul edirəm”.
Paylaş: