Xəbər lenti
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
20-11-2024, 18:40
20-11-2024, 17:11
20-11-2024, 16:41
20-11-2024, 15:36
Mili Məclisin sabiq deputatı Ceyhun Osmanlı Odlar Yurdu Universitetinə prorektor vəzifəsinə təyin edilib.
Ovqat.com xəbər verir ki, bu barədə məlumatı C.Osmanlı "Ölkə.Az"-a təsdiq edib. Xatırladaq ki, Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev də xəbər saytlarına Ceyhun Osmanlının universitetdə pedaqoji fəaliyyətlə məşğul olduğunu bildirmişdi.
Bu gündən Ceyhun Osmanlının Odlar Yurdu Universitetində Beynəlxalq Əlaqələr və İnnovasiyalar üzrə prorektor vəzifəsini icra edəcək.
Qeyd edək ki, Ceyhun Osmanlı iqtisadiyyat üzrə fəlsəfə doktorudur. Deputat olduğu dövrdə Avropa Parlamenti, Avronest, Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə sıx əməkdaşlıq edib. Həmçinin, “İrəli” İctimai Birliyinin həmtəsisçisi və sədri olub.
Dünya Bankı və Beynəlxalq Valyuta Fondu Parlament Şəbəkəsinin idarə heyətinin üzvü olub. Sabiq deputatın eyni zamanda Avropa Şurası Gənclər və İdman Direktorluğunda gənclər üzrə ekspert kimi iş təcrübəsi də var.
"Al Jazeera", "European Business Review", "EU Today", "EU Reporter", "Euractiv" kimi beynəlxalq media strukturlarda məqalələri dərc edilir.
Ailəlidir, 3 oğlan övladı var.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar