Sabah azərbaycanlı zəvvarların ilk qrupu Həcc ziyarətinə yola düşür.
Ovqat.com-un məlumatına görə, Həccə gedən qrupların reyslərinin vaxtı da məlumdur və zəvvarlar özləri bu barədə məlumatlıdırlar.
Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı, Həcc missiyasının üzvü hacı Həmdullah Babayev "Xəzər Xəbər"ə müsahibəsində bildirib ki, zəvvarların problemsiz və bütün qaydalara riayət etməklə ziyarətlərini başa vurmaları üçün bütün tədbirlər görülüb. Bunun üçün hətta əvvəlcədən QMİ tərəfindən Səudiyyə Ərəbistanı krallığına nümayəndə heyəti göndərilib.
Ümumilikdə builki zəvvarların sayı 900 nəfərdir. Zəvvarların əksəriyyəti ilk dəfə Həcc və Ümrə ziyarəti üçün müraciət edən şəxslərdir. Yeri gəlmişkən, Səudiyyə Ərəbistanı hökümətinin qərarı ilə 2014, 2015 və 2016-ci illərdə Həcc ziyarətində olanlar və bu il təkrar getmək istəyənlər 535 dollar vergi ödəməlidirlər. Azərbaycandan belə zəvvarların sayı təxminən 40 nəfərdir./Xezerxeber.az/
Paylaş: