Xəbər lenti

 

Baş prokuror Zakir Qaralov gündəmdə olan bir sıra məsələlərə münasibət bildirib. O, əvvəlcə, Azərbaycan sərhədlərini pozan türkiyəli ziyalılar barədə danışıb və deyib ki, qanunlarımıza hörmətsizlik edən hər kəs cəzalandırılacaq. Baş prokuror həmçinin cəza siyasətinin humanistləşdirilməsi məsələsinə də toxunub.

Baş prokuror Zakir Qaralov Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçən türkiyəli ziyalıların davranışına münasibət bildirərkən belə deyib. O, bu qanunsuz hərəkətlərin cavabsız qalmayacağını vurğulayıb.

Baş prokuror Zakir Qaralov həmçinin ifşa edilən casus şəbəkəsi ilə bağlı məsələyə də aydınlıq gətirib. Onun sözlərinə görə, artıq toplanan materiallara əsasən istintaq prosesləri yekunlaşır.

Cinayətlərin dekriminallaşdırılması və cəzaların humanistləşdirilməsi məsələsinə də toxunan baş prokuror bunun üçün kompleks qanunların hazırlandığını bildirib. Zakir Qaralov ölkədə kriminal duruma tam nəzarət edildiyini və cinayətlərin azaldığını söyləyib. Bu səbəblərdən də ağır cinayətlər istisna olmaqla, bəzi cəzalarda yüngülləşmə olacaq.

Zakir Qaralov jurnalistlərə açıqlamasında 9 ay ərzində 216 vəzifəli şəxs barəsində 156 işin məhkəmə orqanlarına göndərildiyini deyib. O bildirib ki, ötən dövrdə qəsdən adam öldürmə, mülkiyyət əleyhinə cinayətlər və yol-nəqliyyat hadisələrinin sayı kifayət qədər azalıb.




Ana səhifəyə qayıt        Baxış: 1 128          Tarix: 30-09-2017, 21:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma