Xəbər lenti

 

Türkiyədə 24 yaşlı gənc həyat yoldaşı, qayınatası və qayınanasını ov tüfəngiylə atəş açaraq öldürüb.

Hadisə Aydıncıq mahalında baş verib. 24 yaşlı Sıddık G. ayrı yaşadığı 23 yaşlı həyat yoldaşı Özləm G.-nin atasının evinə gedib. Daha sonra onlara atəş açıb.

Hər üç şəxs həyatını itirib. Cütlüyün 1 övladının olduğu və boşanmaya hazırlaşdıqları məlum olub.

Hadisədən sonra "facebook" hesabında canlı yayım edən Sıddık G. "Şeytana uydum. Allahım, məni bağışla" - deyərək məyusluğunu ifadə edib.

Faktla bağlı araşdırma aparılır.\Metbuat.az\




Ana səhifəyə qayıt        Baxış: 987          Tarix: 7-10-2017, 23:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma