Xəbər lenti

 

Yeyinti məhsullarının istehsalı, qablaşdırılması, alışı və satışı yeyinti məhsulları sahəsində fəaliyyət hesab edilir.

Son vaxtlar qida məhsullarından zəhhərlənmə halları ilə tez-tez rastlaşırıq. Əksər hallarda ya qidaların keyfiyətsiz olduğu, yaxud da onların satış nöqtələrində, evlərdə düzgün qaydada saxlanılmadığı və bunun nəticəsində keyfiyyətinin itirildiyindən zəhərlənməyə gətirib çıxarılıdğı deyirlər. 

Bəs yeyinti məhsullarının təhlükəsizliyi necə təmin edilməlidir? 
Ovqat.com xəbər verir ki, mütəxəssis Elmar Nurəliyev interaztv.com-a bildirir ki, yeyinti məhsulları haqqında qanun, bu qanunla əlaqədər qəbul edilmiş normativ hüquqi aktlar və digər qanunlarla yeyinti məhsullarının təhlükəsizliyi, yeyinti məhsullarin keyfiyyəti, istehsalı, qablaşdırılması, saxlanılması, daşınması, satışı prosesində istifadə edilən təbii və süni materiallarının normativ standartları müəyyən edilməklə əhalinin ərzaq təhlükəsizilyinin hüquqi əsasları müəyyən edilib.

"Yeyinti məhsulları insanın həyat və sağlamlığı üçün təhlükəli olmamalı, ekoloji, texniki, fitosanitar norma və standatlara uyğun olmalı və istehlak dəyərliliyi insanın fizioloji və bioloji, qidalılıq təlabatını təmin etməlidir. Yeyinti məhsullarının istehsalı, qablaşdırılması, alışı və satışı yeyinti məhsulları sahəsində fəaliyyət hesab edilir. Bu fəaliyyətin əsası isə yeyinti məhsulların keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsidir. Yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmini yeyinti məhsullarının sertifikatlaşdırılması, yeyinti məhsullarının dövlət gigiyena qeydiyyatı və yeyinti məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarəti vasisəsi ilə həyata keçirilir. Yeyinti məhsullarını alarkən diqqət edilməli olan əsas amillərdən biri onun satış yeridir". 

"Alış-veriş üçün getdiyiniz mağazada sanitar- gigiyenik şəraitə, içəridəki havaya, malların düzülüşünə, soyuducuların işlək vəziyyətdə olub-olmamasına nəzər yetirmək lazımdır. Bir çoxlarımızın rastlaşmışıq mağazada yay vaxtı soyuducunu işlətmirlər ki, güc düşür gərginlik çatdırmır, yaxud mağazanın içində anti-sanitariya mövcuddur, içəridən kəskin qoxu iyi gəlir (ola bilər xarab olmuş məhsulun qoxusudur) və ya kimyəvi tərkibli məhsullarla (sabun, yuyucu tozu, təmizləyici vasitələr və.s) gündəlik qida məhsulunu eyni rəfə qoyulması halları olur. Daha sonra aldığımız qida məhsulunun xarici görünüşünə nəzər salmaq lazımdır. Yəni məhsul əzik, qapağı açıq, üzərində çat və ya ləkələr olmasın və ən əsası etiketi cırıq, yaxud oxunmayacaq formada olmasın.



Etiketin üzərində məhsulun istehsal tarixi və son istifadə tarixi olur. Bax buna mütləq baxmaq lazımdır. Çox məhsulun üzərində olan etiketin əsasən arxa hissəsində TS-EN-İSO 9001, yaxud İSO 9001 yazılır. Bu o deməkdir ki, bu məhsul beynəlxalq standartlara uyğun sertifikatlaşdırılmış müəssisədə istehsal edilmiş məhsuldur. Bunları etməklə alış-veriş etmək məqsədə uyğundur. Məhsulların üzərində olan ştrix kodlar da məhsul haqqında məlumat verir. 

Məhsulun üzərində etiketin üstundə olan əsasən məhsulun arxa hissəsinə vurulan bu ştrix kodlarının ilk 3 rəqəmi (ölkəyə görə dəyişə bilər) istehsalçı ölkənin kodu, ondan sonra gələn 6 rəqən məhsulu istehsal edən müəssənin kodu, sonrakı 3 rəqəm məhsulun kodu və sonuncu rəqəm isə (mühafizə) nəzarət rəqəmidir. Mağazalarda ən çox məhsulu olan ölkələrin ştrix kodları bunlardır. Azərbaycan 476, Türkiyə 869 , Gürcüstan 486, İran 626, Ukrayna 482, Rusiya 460-469, ABŞ 000-139, Fransa 300-379, İtaliya 800-839, Almaniya 400-440, Çin 690-695, Yeni Zellandiya 940-949", - Elmar Nurəliyev əlavə edib. 




Ana səhifəyə qayıt        Baxış: 1 342          Tarix: 18-10-2017, 20:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma