Xəbər lenti

 

Yay turizm mövsümü demək olar ki, başa çatıb. Amma bir çox insan tətilini payız mövsümünə salıb. Əməkdaşlarımız da elə payızda tətili imkanlarını araşdırıb. Sən demə bu mövsümdə istirahətin də öz üstünlükləri varmış.

Ovqat.com xezerxeber.az-a istinadən bildirir ki, yayda öz istirahətini səmərəli keçirənlərlə yanaşı payız fəslində məzuniyyətə çıxanlar da az deyil. Onlar yay aylarına nisbətən daha ucuz qiymətə ölkədən xaricdə dincələ bilmək şansı qazanırlar. Məsələn əgər yay aylarında qonşu türkiyədə 600 manata istirahət üetmək mümkün idisə. Indi bu qiymət 30-40 % ucuzlaşıb. Seçimlər isə yenə də dəyişmir. Turizm şirkətlərindən birinin rəhbəri nuray quliyeva deyir ki, yerli turistlərimiz payır mövsümündə də qonşu ölkələrə üstünlük verirlər:
Turizm şirkətlərinin nümayəndələri deyir ki, bu ərəfələrdə xarici ölkələrə getməyin digər üstünlüyü isə geyim həvəskarlarına aiddir. Belə ki adətən bir çox mağazalar mövsüm dəyişiliyi ilə əlaqədar böyük endirimlər edirlər. Payızda xaricə səfər edənlərin bu endirimlərdə yararlanmaq imkanı olur.
Amma bununla yanaşı avropa ölkələrinə olan tur paketlərdən istifadə edənlər də az deyil. Hətta bəzi yerli turistlər artıq indidən oktyabr-noyabr ayı üçün tur paketlər sifariş ediblər. Payız turizmindən yararlananlar antalyadan başqa, Kiyev, Budapeşt və digər şəhərləri də seçirlər. Elə paytaxt sakinləri də müxtəlif ölkələrdə dincəlməyə üstünlük verirlər.
Bundan başqa yerli turistlər həm də ölkədaxili turlardan da yararlanırlar. Payız fəslində də elə yay mövsümündə olduğu kimi üstünlük şimal bölgəsində yerləşən Quba, Qusar rayonlarına verilir. Eyni zamanda Şamaxı və Qəbələdə istirahətə üz tutanlar da olur.




Ana səhifəyə qayıt        Baxış: 966          Tarix: 17-09-2017, 20:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma